İmişlidə ikimərtəbəli ev külə döndü
İmişli rayonunda yanğın baş verib. APA TV-nin xəbərinə görə, hadisə Qaradonlu kəndində Vüqar Salahlıya məxsus ümumi sahəsi 400 metr kvadrat olan 2 mərtəbli evdə qeydə alınıb. Ev sahibinin anası Gülseyran Salahova evin birinci mərtəbsində yanğın baş verdiyini görüb. Dərhal evdəkiləri köməyə çağırıb. Yuxudan ayılan ailə özlərini xilas ediblər. Hadisə zamanı Gülseyran Salahova və oğlu Vüqar Salahov yüngül xəsarət alıblar. Qısa müddətdə güclənən alov evi bürüyüb. Ev əşyaları ilə birgə yanaraq, yararsız hala düşüb.
Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin 2 ədəd texnikası və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb. 10 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 200 kv.m, 8 otağın yanar konstruksiyaları və ev əşyaları 350 kv.m sahədə yanıb. Evin 50 kvadrat metri və həmin otaqda olan əşyalar xilas edilib. Həmçinin alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğının elektirk naqilində baş verən qısa qapanmadan yaranıb. Faktla bağlı araşdırma aparılır.