Həmsdərlərdən atəşkəsin 20 illiyi ilə bağlı bəyanat
ATƏT-in Minsk Qrupunun həmsədrləri atəşkəs haqqında sazişin 20 illiyi ilə bağlı bəyanatla çıxış ediblər. Bəyanatda bildirilir ki, saziş müharibəyə son qoyub və faciəvi zorakılığı dayandıraraq danışıqlara yol açıb: “Sülhün sayəsində erməni və azərbaycanlıların yeni nəsli müharibənin dəhşətlərini görmədən böyüyüblər. Tərəflər gələcək nəsilləri də bu cür dəhşətlərdən xilas etmək üçün hər şeyi etməlidir. Lakin bütün bunlara baxmayaraq, atəşkəs haqda saziş münaqişəni həll etməyib. Dağlıq Qarabağ ətrafındakı ərazilər işğal altında qalır, Dağlıq Qarabağın statusu isə müəyyənləşməyib. Münaqişənin həll olunmamış qalması yüzlərlə, minlərlə insanın yerdəyişməsinə, beynəlxalq sərhədlər və təmas xətti boyunca zorakılıq ehtimalının daim mövcud olmasına, eləcə də bəzi cəmiyyətlərdə status-kvonun daimi olacağı barədə yanlış fikir yaranmasına səbəb olub"- deyə sənədə qeyd olunub.
Həmsədrlərin bildiririlər ki, tərəflər həmsədr ölkələrin təqdim etdiyi imkanlardan yararlanmaqda müəyyən maraq nümayiş etdiriblər.