Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbuluna başlandı

Azərbaycanda ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbuluna başlanıb. APA TV-nin xəbərinə görə, qəbul mayın 12-dən iyunun 12-dək internet vasitəsilə aparılır. Ümumi orta təhsil səviyyəsini Azərbaycanın ümumi orta təhsil müəssisələrində 2013 və 2014-cü illərdə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına müraciət etmədən özləri təsdiqləyə bilərlər. Ümumi orta təhsil səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində 2013-cü ildən əvvəl və ya Azərbaycanın hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər elektron ərizələrini tələb olunan sənədləri təqdim etməklə Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməlidirlər.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova