Velosipedlə dünya səyahətinə çıxan fransızlar Azərbaycanda

Fransa vətəndaşları olan Rehj və Rebekka cütlüyü velisopedlə dünya səyahətinə çıxıb. APA TV-nin cənub bürosunun məlumatına görə, bir neçə ay öncə səyahətə başlayan cütlük Türkiyə və Gürcüstandan sonra Azərbaycana gəlib. Balakən, Zaqatala, Şəki, İsmayıllı, Qobustan rayonlarında, eləcə də Bakı şəhərində olan turistlər respublikamızın  görməli yerləri ilə tanış olublar.

Hazırda cənub bölgəsində olan fransız cütlük Astara şəhərindən İrana keçməklə səyahətlərini davam etdirəcək.

Müəllif | Apa.Tv