Sərxoş kişi eletrovuzun altında qaldı

Gəncədə ölüm hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə şəhərin şərq istiqamətində dəmir yolu xəttində baş verib. Şəhər sakini, 1982-ci il təvəllüdlü İntiqam Məmmədovu elektrovoz vurub. Hadisə yerində ölən İntiqam Məmmədovun alkoqol düşkünü və hadisə baş verən zaman sərxoş olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

Müəllif | Apa.Tv
Azər Məmmədli