Keçmiş məhkum 2 qardaşı ölümcül yaraladı

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, İsmayıllı şəhər sakini, 1963-cü il təvəllüdlü Binyat Canəliyev şəxsi münasibətlər zəmnində həmyerlisi, 1986-cı il təvəllüdlü Ruslan Salmanovu bıçaqlayıb. Binyət Canəliyevin əlindən bıçağı almaq istəyən zərərçəkənin qardaşı Elnur Salmanov da hücuma məruz qalıb və bir neçə bıçaq xəsarəti alıb. Qardaşlar müxtəlif xəsarətlərlə İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Hadisəni törədən əvvəllər məhkum olunmuş Binyət Canəliyev tutularaq istintaqa təhvil verilib.  Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Elvin Yaqubov