Masallıda yol polisini bıçaqladılar

Masallıda yol polisi əməkdaşı bıçaqlanıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, rayon polis şöbəsinin yol patrul xidmətinin əməkdaşı Ariz İsmayılov xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb. Ruslan adlı şəxs tərəfindən iki bıçaq zərbəsi alan yaralı dərhal Masallı mərkəzi rayon xəstəxanasına çatdırılıb. Çoxlu qan itirən yaralının üzərində 3 saatdan artıq əməliyyat aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Valideyinləri Ariz İsmayılovun heç kimlə şəxsi qərəzliyinin olmadığını və hadisənin də peşə fəaliyyəti dövründə baş verdiyini bildiriblər.

 

İşi araşdıran Masallı Rayon Prokurorluğundan fakta görə hələlik heç kimin saxlanılmadığı bildirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv