Çində onlarla kənd su altında qalıb

Çinin cənub-şərq hissəsində yağan aramsız yağışlar daşqınlara səbəb olub. APA TV-nin xəbərinə görə, daşqınlardan, əsasən, Hunan və Quandun vilayətləri zərər çəkib. Eyni zamanda, Quansi Çjuan muxtar rayonunda da bir neçə kəndi su basıb. Təbii fəlakət nəticəsində azı 2 nəfərin öldüyü, 54 min insanın evsiz qaldığı bildirilir.

Daşqın sularının hündürlüyü bəzi bölgələrdə 1 metrə qədər çatıb. Şençjen şəhərində vəziyyətlə əlaqədar nəqliyyatın hərəkəti tamamilə iflic olub.  Şəhərin elektrik şəbəkələri sıradan çıxıb. Çin hökuməti təbii fəlakətin ölkəyə 75 milyon dollar ziyan vurduğunu açıqlayıb.

Meteoroloqlar yağıntılı havaların hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırıblar.

Müəllif | Apa.Tv
Apa.tv