“Mercedes” “Nikoil” bankın ofisinə girdi

Bakının Nəsimi rayonunda  ağır qəza baş verib. APA TV-nin xəbərinə görə, hadisə paytaxtın Süleyman Rüstəm küçəsində qeydə alınıb. "99 CO 339"dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil yolun əks istiqamətinə çıxaraq, "90 FJ 655 "dövlət nömrə nişanlı “Mitsubishi Pajero” ilə toqquşub.

Zərbənin gücündən “Mercedes” bir neçə metr kənardakı “Nikoil” bankın 8 saylı filialına girib. Qəzada sürücülər xəsarət almasa da, avtomobillər ciddi ziyan dəyib.

Hadisə yerinə yol polisi, eləcə də post patrul xidməti əməkdaşları gəliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv