Rövnəq Abdullayev: "ARDNŞ "Şahdəniz"dəki payını artırmayacaq"

"Fransanın "Total" şirkəti "Abşeron" yatağında böyük proqram hazırlayır. İlin sonuna artıq işlətmə proqramı idarə heyətinə təqdim olunacaq".

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, məsələ Bakıda keçirilən Fransa-Azərbaycan biznes forumunda SOCAR, “TOTAL” və “Gas deFrance” arasında ətraflı müzakirə edilib: “Burada “Abşeron” yatağından 5 mlrd. kub/metr qazın çıxarılmasından və bazarlamasından söhbət gedir”.

 

SOCAR-ın "Şahdəniz" layihəsindəki payından danışan Rövnəq Abdullayev bildirib ki, Dövlət Neft Şirkəti bu layihədəki payını hələlik artırmağı düşünmür: “Bildiyiniz kimi, dövlət tərəfindən “Cənubi Qafqaz” şirkəti təsis edildi. Bu şirkətə texniki rəhbərliyi ARDNŞ edirdi. Amma maliyyə az olduğundan ARDNŞ bu layihəni aparmaq iqtidarında deyildi".

 

Türkiyədə tikilən "Star" neft emalı zavodu ilə bağlı kredit sazişlərindən danışan Rövnəq Abdullayev bildirib ki, bu ayın sonunda Londonda ekzimlərlə bağlı müqavilə bağlanacaq. Sazişin bağlanması isə bu ayın sonunda İstanbulda baş tutacaq.

 

Müəllif | Apa.Tv