Təyyarəni bir-birinə qatan erməni sərnişin stuardessanı öldürmək istəyib
Dubay-Yerevan reysini həyata keçirən təyyarədə insident baş verib. 1977 -ci il təvəllüdlü, Artyom adlı şəxs sərnişinləri təhqir etməyə başlayıb. Şəxsi heyət üzvləri onu sakitləşdirməyə çalışsalar da, buna nail ola bilməyiblər. Stuardessanı döyən erməni sərnişin daha sonra onu yerə yıxaraq, boğmağa başlayıb. Ətrafdakıları yaxınlaşmağa qoymayan sərnişini sona kimi sakitləşdirməkl mümkün olmayıb. Saat 04: 15 radələrində Zvartnost hava limanına enən təyyarəni Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları mühasirəyə alıblar. Şahid ifadələrindən bəlli olub ki, erməni sərnişin təxminən 40 dəqiqə göydə xuliqanlıq edib. Hadisənin səbəbləri araşdırılır.