Neftçilərə ev verildi

Bakıda neftçilərə mənzil verilib. Xətai rayonu ərazisində tikilən 8 bloklu 303 mənzilli binada mənzil sahiblərinə orderlər təqdim olunub.

 

Tam təmirli mənzillər su, elektrik xətti, təbii qaz, mətbəx, giriş mebeli və qaz plitələri ilə təmin edilib.

APA TV-nin xəbərinə görə, ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, son 30 ayda Neft Şirkətinin işçilərinə 1800 mənzil verilib: "Növbədə 6000-dən adam var idi. Hətta 1985-ci ildən ev almaq üçün növbədə adamlar var idi. İndi 1000-ə yaxın mənzil tikilib. Bu gün 8 bloklu 303 mənzilli yeni yaşayış binasında neftçi alilələri mənzilə sahib oldular. Sevindirici haldır ki, ev alanların 10 faizi gəncdir”.

2010-2013 illər ərzində neftçilərə 5 mln. manatdan artıq maddi yardım edilib. 2007-2013-cü illərdə 1 744 neftçi ailəsi ARDNŞ tərəfindən mənzillə təmin olunub. Bu gün 4 454 nəfər işçi mənzil uçotundadır.

Müəllif | Apa.Tv