Çelyabinskdə 3 nəfəri yaralayan azərbaycanlı qardaşlar axtarılır

Çelyabinsk vilayətinin Satka şəhər polisi 3 cənubi urallıya ağır bədən xəsarətləri yetirmiş 2 azərbaycanlını axtarır.  Onlar arasında dava mayın 12-də gecə saatlarında baş verib. Hüquq-mühafizə orqanları əməkdaşlarının verdiyi məlumata görə, həmin gənclər qırma və bıçaq yarası ilə xəstəxanaya yerləşdiriliblər. 29 yaşlı anbardar döş qəfəsindən, 25 yaşlı gənc budundan bıçaq yarası, 20 yaşlı oğlan isə bədəninin bir neçə nahiyəsindən qırma yarası alıb. Hadisə yerinə gələn polis aydınlaşdırıb ki, onlar iki 2 azərbaycanlı qardaşla dava ediblər. İlkin versiyaya görə, qarşı tərəfdə bıçaq və qırma tüfəngi olub.

 

APA TV-nin xəbərinə görə, faktla bağlı sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanıb. O da məlumdur ki, 26 və 23 yaşlı qardaşlar Satka şəhərinə Bakdan köçüblər və müəyyən vaxtdır ki, ailələri ilə birlikdə orada yaşayırlar. Onlardan heç biri əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. Araşdırma davam etdirilir.

 

Müəllif | Apa.Tv