Olland: "Fransa Qarabağ münaqişəsinin həlli üçün hər şey etməyə hazırdır"
"ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün hər şey etməyə hazırdır".
APA TV-nin xəbərinə görə, bu barədə Ermənistanda səfərdə olan Fransa prezidenti Fransa Olland Serj Sarkisyanla müzakirələrinin yekunu ilə bağlı deyib. O qeyd edib ki, atəşkəs haqqında müqavilənin imzalanmasından 20 il keçib, lakin münaqişə həll olunmayıb.
"Münaqişə davam edir. Minlərlə insan həyatını itirib. Bu münaqişənin əsl həll yolunu tapmaq lazımdır. Fransa qarşılıqlı etimad tədbirlərinin gücləndirilməsi üçün həm Azərbaycan, həm də Ermənistan prezidentini qəbul etməyə hazırdır", - deyə Fransa prezidenti qeyd edib.