18 yaşlı oğlan məktəb gözətçisini bıçaqlayıb
Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən 8 saylı texniki və humanitar fənlər təmayüllü orta məktəb-liseyinin həyətində qeydə alınıb. Məktəbin gecə gözətçisi, Cəlilabad sakini, 47 yaşlı Şəmsəddin Məlikov həmyerlisi, 18 yaşlı Bəxtiyar Əsədullayev tərəfindən bıçaqlanıb. Çoxsaylı bıçaq xəsarətləri alan yaralı yerli sakinlərin müdaxiləsi ilə dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq üzərində cərrahiyyə əməliyyatı olunub. Xəstəxananın həkimi Şəmsəddin Bünyadov onun vəziyyətinin ağır-stabil olduğu bildirilir: "Döş qəfəsindən, qarın boşluğundan çoxlu sayda iti alət yarası ilə daxil olub. Xəstə daxil olan kimi cərrahi əməliyyata götürülüb, təqribən 2 litrdən yuxarı qan köçürülüb. Vəziyyəti ağır stabil olaraq qalır".
Hadisəni törətmiş Bəxtiyar Əsədullayev isə könüllü polisə gələrək təslim olub.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.