Qəzaya düşən nazir müavini bu gündən işə çıxır
Bir neçə gün öncə qəzaya düşən ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyev bu gündən işə çıxıb.
Bu barədə APA TV -yə Ekologiya Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Qəzada yüngül xəsarət alan nazir müavininin səhhətində problem olmadığı bildirilib.
Qeyd edək ki, mayın 10-na keçən gecə Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edən "VAZ 2107" markalı avtomobil yolun əks hərəkət zolağına çıxıraq qarşıdan gələn "Lexus"a çırpılıb. Nəticədə "Lexus"un sürücüsü, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva yüngül xəsarət alıblar. “VAZ 2107"də olan 2 gənc ölüb, sürücü Tural Rəhimov isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.