Daha bir gəmi faciəsi: 200 nəfər batdı

İtalyanın Lampeduza adası sahillərində Afrikadan 400 qeyri-leqal miqrantı daşıyan gəmi batıb. İtaliya mətbuatı ölənlərin sayının 200-ə qədər qalxacağını yazır. Hadisə mayın 12-də günün ikinci yarısında baş verib. Hadisə yerinə dərhal bir neçə gəmi və helikopter göndərilib. İtaliya Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumata görə, xilasetmə işləri davam etdirilir. İndiyə kimi 206 nəfər xilas edilib. Rəsmi məlumatlara görə. Aralıq dənizindən çıxarılan cəsədlərin sayı isə 17-dir. Lakin bu rəqəmin 200 nəfərə kimi artacağı ehtimal edilir.

Qeyd edək ki, keçən ilin oktyabr ayında Lampeduza sahillərində gəminin batması nəticəsində 300-dən artıq insan ölüb.

Müəllif | Apa.Tv
Apa.tv