II və III ixtisas qruplarının qəbul imtahanının nəticələri açıqlandı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 11-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib. TQDK-nın mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə, öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilərlər. İmtahanda iştirak etmək üçün sənəd vermiş 18 302 abituriyentdən 1304 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 16 998 abituriyentdən 38 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.