Fransua Oland Türkiyəni qondarma "erməni soyqırımı"nı tanımağa çağırdı
Fransa prezidenti Fransua Olland 2015-ci ilin aprelin 24-də yenidən Ermənistana səfər edəcək.
Səfərin məqsədi qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etməkdir.
APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu barədə Fransa prezidenti İrəvanda ermənistanlı həmkarı Serj Sarkisyanla birgə keçirdiyi mətbuat konfransında bəyan edib.
“Mənim bu tədbirlərdə iştirakım sülh və əminamanlığın bərqərar olmasına bir cəhd olacaq. Eyni zamanda bu, dünyaya bir çağırış olacaq ki, bir daha heç vaxt belə dəhşətli soyqırımlar baş verməsin”, - deyə o vurğulayıb.
Türkiyə baş nazirinin ermənilərə müraciətinə gəldikdə isə F.Olland ölkəsinin bu müraciətdə müsbət məqamlar axtarmağa çalışdığını qeyd edib.
“Əlbəttə ki, əsas məsələ ondadır ki, bu talanlar soyqırım kimi təsnif edilsin. Yeganə həll yolu isə soyqırımın tanınmasıdır”, - deyə o bildirib.