Azərbaycan Türkiyədən 1 milyon dollarlıq silah-sursat alıb

Türkiyə şirkəti Makina və Kimya Sənayesi Təşkilatı (MKE) ötən il Azərbaycana təqribən 1 milyon dollar dəyərində silah-sursat satıb. Bu barədə APA-ya təşkilatdan məlumat verilib. Azərbaycan MKE-nin məhsul ixrac etdiyi ölkələr siyahısında ixrac həcminə görə 6-cı ölkə olub. Şirkət 2012-ci ildə Azərbaycana 292 332 dollar dəyərində ixracat gerçəkləşdirib.

 

MKE-nin Azərbaycana ixracatını snayper tüfəngləri, müxtəlif atıcı silahlar, mühəndis vasitələri, həmçinin müdafiə sənayesində istifadə olunan müxtəlif məhsullar təşkil edib.

 

Müəllif | Apa.Tv
Apa.tv