Türkiyədə mədən qəzasında ölənlərin sayı 201-ə çatdı

Türkiyədə kömür mədənində partlayış nəticəsində ölənlərin sayı 201-ə çatıb, azı 80 nəfər yaralanıb. Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Manisada kömür mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayının 201-ə çatdığını bildirib. Ölən və yaralıların sayının artacağı istisna olunmur. Partlayış baş verən an şaxtada 787 insan olub. Xilasetmə əməliyyatı nəticəsində 20 fəhləni uçqunun altından çıxarmaq mümkün olub. Məlumata görə, yerin altında 200-300-dək fəhlənin qaldığı ehtimal olunur. İlkin versiyaya görə, partlayışa səbəb mədənin elektrik təchizatında baş vermiş nasazlıq olub. Yanğın nəticəsində lift sıradan çıxıb. Bu səbəbdən fəhlələrin şaxtanı tərk etməsində problem yaranıb. Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam etdirilir. Xilasetmə əməliyyatı davam edir.

Müəllif | Apa.Tv
Apa.tv