Bərdədə zəncirvari qəza: 3 yaralı

Bərdədə üç avtomobilin toqquşması və üç nəfərin yaralanmasıyla nəticələnən yol-qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə  Bərdə -Yevlax magistiral  avtomobil yolunda baş  verib. Yük avtomobili 2 minik maşını ilə toqquşub.

 

Bərdədən Yevlaxa doğru hərəkət edən yük maşını  eyni istiqamətdə hərəkət edən  2107 markalı minik avtomobilinə çırpılıb. Qəza zamanı yolun əks istiqamətində hərəkətdə olan VAZ 2106 markalı avtomobilə də ziyan dəyib. VAZ 2107 markalı avtomobilin sürücüsü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla baglı dövlət yol polisi bölməsində  araşdırmalar aparılır .

 

Müəllif | Apa.Tv