Bərdə sakinin evi yandı

Bərdədə yaşayış evi yanıb. Birmərtəbəli ev əşyaları ilə birlikdə yanaraq, kül olub. Hadisə Bərdə şəhərinin Mahir Cəfərov kücəsində baş verib. APA TV-nın Qarabağ bürosunun məlumatına görə, Məhərrəm Abbasova  məxsus fərdi yaşayış evində baş verən yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və ev əşyalarının bir hissəsi tamamilə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətiniin briqadası gəlib. İlkin ehtimala görə, yanğına evdə elektrik naqillərində baş verən qısaqapanma səbəb olub.

 

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, ümumi sahəsi 78 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 63 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi və bitişik olan köməkçi tikili yanğından mühafizə olunub.

 

Müəllif | Apa.Tv