Arxadan yük maşınına çırpılan "VAZ 2104"ün sürücüsü öldü

Bakının Səbail rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, yol qəzası Salyan şossesində qeydə alınıb. 41 yaşlı Hüseynov Rasim Hüseyn oğlu "VAZ 2104" markalı avtomobillə Bakı-Qazax magistralı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın Türkiyənin nəqliyyat şirkətlərindən birinə məxsus olan iritonnajlı yük avtomobilinə arxadan çırpılıb.

 

Qəza nəticəsində "VAZ 2104"ün sürücüsü Rasim Hüseynov hadisə yerində dünyasını dəyişib.

 

Faktı Səbail Rayon Polis İdarəsi araşdırır. İlkin ehtimallara görə, qəzaya yüksək sürət və ara məsafəsinin düzgün saxlanılmaması səbəb olub.

 

Müəllif | Apa.Tv