Bakıda restoran yandı

Bakının Yasamal rayonunda restoranda yanğın baş verib. APA TV-nin məlumatına görə, hadisə Parlament prospekti, 70 ünvanında qeydə alınıb. Çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən restoran tipli obyektin mətbəxindəki hava tiəmizləyicisində yaranan nasazlıq nəticəsində yanğın başlayıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon hissəsinin dörd yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

 

İlkin məlumata görə, yanğın ümumi sahəsi 250 kv.m. olan restoranın 10 kv.m sahəsini əhatə edib. Yanğınsöndürənlər restoranı yanğından mühafizə ediblər.

 

Yaranan tüstü binadakı yaşayış mənzillərinə dolub. Binanın ilk beş mərtəbəsində yaşayan sakinlər təşviş içərisində mənzilləri tərk ediblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv