Yük maşını ilə avtomobil toqquşdu: sərnişin ağır vəziyyətdədir

Cəlilabadda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə  Ələt-Astara magistralının Cəlilabad şəhərindən keçən hissəsində qeydə alınıb. Cəlilabad rayon sakini Lətif Sadıqovun  idarə etdiyi “QazEL”  markalı kiçik tutumlu  yük maşını Bakı istiqamətində hərəkətdə olarkən  əks tərəfdən gələn  Masallı rayon sakini Xalid Xəlilovun idarə etdiyi  "Mercedes" markalı minik abtomobili ilə toqquşub. Zərbənin gücündən minik avtomobilinin sürücüsü və onun yanındakı  sərnişin,  Surət Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanada yaralılara müvafiq tibbi yardım göstərilib.  Lakin Surət Quluyevin vəziyyəti ağır olduğu üçün Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb. Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv