Ərdoğan səfərini təxirə saldı

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Albaniyaya bu gün nəzərdə tutulan səfəri təxirə salınıb. APA TV-nin xəbərinə görə, bu barədə baş nazirin mətbuat xidmətinin məlumat yayıb. Buna səbəb Manisa vilayətindəki mədəndə 200-dən çox insanın ölümü ilə nəticələnən faciədir.

 

Həmçinin, Türkiyə milli müdafiə naziri İsmət Yılmazın da mayın 14-də Azərbaycana planlaşdırılan rəsmi səfəri təxirə salınıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən səfərin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə baş vermiş faciə səbəbindən təxirə salındığı bildirilib.

 

İ. Yılmazın mayın 14-15-də Naxçıvan Muxtar Respublikasına səfəri planlaşdırılmışdı.

 

Müəllif | Apa.Tv
Apa.tv