Lavrov: “Rusiya referendumun nəticələrini tanıyır”

 

“Rusiya referendumun nəticələrini tanıyır. Biz seçkilərin nəticələrinə hörmətlə yanaşırıq. Ümid edirik ki, Donetsk və Luqansk əhalisi mədəni şəkildə nəticələri praktik şəkildə həyata keçirəcək”.

APA TV-nin xəbərinə görə, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Donetsk və Luqanskda keçirilən referenduma münasibət bildirərkən deyib.

Sergey Lavrov bildirib ki, hadisələrin gedişatını yalnız Rusiya televiziya kanalları düzgün şəkildə işıqlandırır. Qərb isə real hadisələri gizlədir.

 

Xatırladaq ki, Donetsk və Luqanskda faktiki hakimiyyət orqanları tərəfindən elan edilən nəticəyə görə, əhalinin 96%-i müstəqilliyə “Hə” deyib.

 

Qeyd edək ki, rəsmi Moskva Qərbi dezinformasiya yaymaqda, hadisələri şişirtməkdə və antirusiya təbliğatı aparmaqda ittiham edir. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı