Keçmiş məhkumdan külli miqdarda narkotik götürüldü

Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Naxcıvan MR-nın  Kəngərli rayon sakini Vilayət Seyidovdan 530 qram heroin və 1 kq 160 qram tiryək götürülüb. Polis əməkdaşları onu Ağa Neymətulla kücəsində yaxalayıblar.

 

APA TV-nin xəbərinə görə, istintaqla müəyyən olunub ki, Seyidov narkotik vasitələri İrandan tanımadığı şəxsdən alıb. Vasitələri qeyri-qanuni yolla sərhədi keçirərək Bakıya gətirib.

Saxlanılan şəxs daha öncə narkotik vasitələrin külli miqdarda satışında təqsirləndirilərək,  8 il məhkumluq həyatı yaşayıb.  

Müəllif | Apa.Tv