Türkiyədə 3 günlük MATƏM ELAN OLUNDU

Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsində baş verən mədən faciəsi ilə bağlı ölkədə 3 günlük matəm elan olununb. Bu barədə Türkiyə Nazirlər Kabineti məlumat yayıb. Matəm günü mayın 13-dən elan edilib. Bütün ölkədə və Türkiyənin xaricdəki nümayəndəliklərində, konsulluqlarında bayraqlar yarıya qədər endiriləcək.

 

Bu saatlara qədər şaxtada baş verən partlayış və yanğın nəticəsində 205- nəfərin öldüyü, 80 nəfərin yaralandığı barədə məlumat yayılıb. Rəsmi mənbələr daha 350-400 nəfərin yerin altında olduğunu bildirir. Hələlik yer altında nə qədər şaxtaçının tam sayını müəyyənləşdirmək mümkün olmayıb.

 

Qeyd edək ki, Türkiyədə zaman-zaman şaxta faciələri baş verir. Türkiyə tarixinin ən böyük mədən faciəsi 1992-ci ildə qeydə alınıb. Həmin vaxt 263 şaxtaçı həyatını itib. 1983-cü ildə baş verən daha bir faciədə isə 103 nəfər ölüb. Sonuncu hadisə Türkiyə tarixinin ən böyük mədən faciəsi sayılır.

 

Müəllif | Apa.Tv
Apa.tv