Azərbaycan prezidenti Abdullah Gülə Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülə başsağlığı məktubu ünvanlayıb. Azərbaycanın dövlət başçısı Türkiyə prezidentinə və xalqına Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərin Azərbaycan üçün çox ağrılı bir xəbər olduğunu bildirib. Bu faciə ilə əlaqədar Türkiyənin dövlət başçısına, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanların tezliklə sağalması arzusunu ifadə edib. Prezidentİlham Əliyev, həmçinin Türkiyənin Rəcəb Tayyib Ərdoğana da başsağlığı verib.

 

Müəllif | Apa.Tv
Apa.tv