Küləkli hava davam edəcək

Mayın 15-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 14-17, gündüz 24-29 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da mayın 15-də havanın gün ərzində əsasən, yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi cənub və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova