Bakıda neft quyusu yandı - YENİLƏNİB

Bakıda neft quyusunda yanğın olub. APA TV-nin xəbərinə görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən neft quyusunda baş verən yanğının söndürülməsinə 8 yanğınsöndürən maşın cəlb edilib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğınsöndürənlərin səyi nəticəsində yanğının digər neft quyularına keçməsinin qarşısı alınıb və yanğın söndürülüb.

 

Fövqəladə Hallar Nazirliyi baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin saytında verilən məlumata görə, Suraxanı rayonu, Hövsan qəsəbəsində istismara verilməsi üçün hazırlanan quyunun üzərində quraşdırılmış fontan armaturasında neft-qaz fontanı baş verib. Nəticədə atmosferə çıxan neft-qaz məhsulu yanaraq 250 kvadratmetr sahədə ətrafa yayılıb.

Quyunun yaxınlığında olan qazma aqreqatı, avtomobili və digər quyular yanğından mühafizə olunub. Yanğın saat 11:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı