Taner Yıldız: “Türkiyə tarixinin ən çoxsaylı itkisini verdiyimiz faciəyə yaxınlaşırıq”

Türkiyədə mədən qəzası zamanı ölənlərin sayının açıqlanan son rəqəmdən üç dəfə artıq olacağı güman edilir. Qəzanın baş verdiyi Soma qəsəbəsində xilasetmə əməliyyatını izləyən enerji və təbii sərvətlər naziri Taner Yıldız israrlara rəğmən, mədəndə daha neçə nəfərin qaldığı barədə sualı cavablandırmayıb. O, sadəcə “Türkiyə tarixində ən çoxsaylı itki verdiyimiz bir faciəyə yaxınlaşmaqdayıq” deməklə kifayətlənib.

 

Qeyd edək ki, son rəsmi açıqlamaya görə, qəza baş verən mədəndən 205 nəfərin meyiti çıxarılıb. Mədən Mühəndisləri Birliyinin sabiq rəhbəri Mehmet Torun isə çıxarılan meyitlərin sayının 250-yə çatdığını iddia edib. Baş verən qəza ilə əlaqədar ölkədə 3 günlük matəm elan olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv