Həmsədrlər mayın 19-da gələcəklər

ATƏT-in Minsk qrupu həmsədrləri mayın 19-da Azərbaycana səfər edəcəklər. Səfər çərçivəsində diplomatların Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi də təsdiqləyib.

 

Həmsədrlər Azərbaycanın işğal altına olan Xankəndi şəhərinə də səfər edəcəklər.

Daha öncə isə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan özünün “Tvitter” səhifəsində həmsədrlərin Ermənistana səfər edəcəklərini yazıb.

Ermənistan səfəri isə mayın 16-da baş tutacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv