Odessada sovetlik binasına od vurdular

 

Odessa  vilayətində kənd sovetliyi yandırılıb. Yerli sakinlərin verdiyi məlumata görə, naməlum şəxslər gecə "Molotov kokteylini" Baraboy kənd sovetinin qapısına atıblar. Təhlükəsizlik kameralarından iki nəfərin binaya yaxınlaşdığı və əllərində nəyisə yandıraraq oraya atdığı, hadisə yerindən qaçdığını bəlli olur. Hadisə yerindən 2 litrlik qabda yanacaq aşkarlanıb. Kənd sovetinin sədri Bitaliy Qluşko belə deyib: "Prezident seçkiləri öncəsi bizi qorxutmaq üçün bəzi ekstremist qüvvələr hər yola əl atır".

O, bundan sonra  idarənin gecə patrulu tərəfindən mühafizə olunacağını bildirib.

APA TV-nin xəbərinə görə, yanğınsöndürənlər hadisə yerinə gələnə kimi yerli sakinlər alovun qarşısını ala biliblər. 

Müəllif | Apa.Tv