Ərdoğan mədən faciəsindən danışdı: "Bu, olan şeydir"

Türkiyənin Soma rayonunda baş verən mədən faciəsindən sonra baş nazir Rəcəb Tayyib Ərdoğan mətbuat konfransı keçirib. Ərdoğan bu tip hadisələrinin bütün ölkələrdə baş verdiyini bildirərək Soma faciəsində ölənlərin yaxınlarına başsağlığı verib: "Bu mədən qəzaları tez-tez baş verir və bu, olan şeydir. Bu, bir iş qəzasıdır. Qəzanın miqyasın böyük olması bizi dərindən yaraladı. Somadakı həmin mədəndə aprel və may aylarında bir neçə dəfə yoxlama aparılıb. Bundan sonra mədən normal fəaliyyətini davam etdirib".

 

Qeyd edək ki, Türkiyənin Manisa vilayətinin Soma rayonu ərazisindəki kömür mədənində baş verən qəzada ölənlərin sayı 275-ə çatıb. 100-dən çox mədənçinin axtarışı isə davam etdirilir.

Müəllif | Apa.Tv