Bakıda güclü yanğın: 1 qadın yanaraq öldü, digəri xilas edildi

Bakının Nərimanov rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Fətəlixan Xoyski 94 ünvanında qeydə alınıb. Baş verən yanğınla bağlı bina sakinləri Fövqəladə Hallar Nazirliyinin  "112" qaynar telefon xəttinə zəng vuraraq məlumat veriblər. Hadisə yerinə nazirliyin Nərimanov Rayon yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlərin operativliyi sayəsində sözügedən ünvanda yaşayan Lyudmila Akimova yaralı olaraq xilas edilib.

 

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi 1941-ci il təvəllüdlü Akimova Aleksandra Nikoloyevnanın meyiti aşkar olunub. Meyit evdən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Qonşuların verdiyi məlumata görə, Aleksandra Akimova qızı Lüdmila Akimova ilə tüfeyli həyat sürürmüş. Küçədə topladıqları zibilləri evlərinə yığırmışlar.

 

Evdəki zibillərin yanması yanğınsöndürənlərin işinə xeyli mane olub. Amma buna baxmayaraq yağınsöndürənlər qısa zamanda alovun digər mənzillərə keçməsinin qarşısını alıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv