Böyük Britaniyanın nüfuzlu jurnalı Mehriban Əliyevanı “İlin Birinci Xanımı” seçib

Azərbaycanın birinci xanımı, Milli Məclisin üzvü, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Böyük Britaniyanın “The Buisness Year” jurnalı tərəfindən “İlin Birinci Xanımı” seçilib.

 

Mükafat Mehriban Əliyevaya ölkənin ictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfəyə, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə verilib.

 

APA TV-nin xəbərinə görə, təqdimatda Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, “The Buisness Year” jurnalının regional direktoru Betül Çakaloğlu, energetika naziri Natiq Əliyev, deputatlar, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Jurnalın bu nəşrində Azərbaycan prezidenti İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və digər nüfuzlu şəxslərin müsahibələri yer alıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı