Müdafiə nazirinə yeni müavin təyin edildi, Çingiz Məmmədov ehtiyata göndərildi

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Silahlı Qüvvələrdən ehtiyata göndərilib.

 

APA-nın xəbərinə görə, onun yerinə IV ordu birləşməsinin komandanı, general-leytenant Kərim Vəliyev təyin edilib. 

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Kərim Vəliyev IV ordu birləşməsindən əvvəl Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzinin rəisi, I və IV ordu birləşmələrinin komandanı vəzifələrində xidmət edib.

 

Sabiq müdafiə naziri Səfər Əbiyevin dövründə uzun müddət müdafiə nazirinin müavini vəzifəsində çalışmış Ç. Məmmədov ötən ilin sonlarında Silahlı  Qüvvələrdən ehtiyata göndərilməsi barədə müdafiə naziri Zakir Həsənova raport yazıb.

Müəllif | Apa.Tv
Apa.tv