Jurnalist Pərviz Həşimliyə 8 illik həbs cəzası
Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimli və onunla birgə həbs edilən Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Prosesdə hökm oxunub. Hökmə əsasən, Pərviz Həşimli 8 il, Təvəkkül Qurbanov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
APA TV-nin xəbərinıə görə, ötən ilin sentyabrında həbs edilən Pərviz Həşimli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunurdu.