Məleykə Abbaszadədən xəbərdarlıq: "Qız abituiyentlər elə bilməsinlər ki..."
Əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı mayın 18-də keçiriləcək. APA TV-nin xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, imtahanda 18773 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 13856 abituriyent I qrup üzrə, 4917 abituriyent IV qrup üzrə imtahan verəcək. Abituriyentlərin 11923-ü oğlan, 6850-i isə qızdır. Komissiyanın sədri Məleykə Abbaszadə abituriyent qızlara xəbərdarlıq edib: "Qızlar hesab edir ki, onları qız olduqları üçün yaxşı yoxlamayacaqlar, hansısa imtahana köməkçi vəsait, ya da telefon keçirə bilərlər. İndidən xəbərdarlıq edirəm. Heç kim imtahana heç nə keçirə bilməyəcək".
İmtahanda iştirak edəcək 157 abituriyent xarici ölkələrin vətəndaşıdır.
Ən yaşlı abituriyentin 42, ən gəncin isə 18 yaşı var.
Məleykə Abbaszadə bildirib ki, 2013-cü ildə ali məktəblərə ayrılan qəbul planı 36537 olub. Bu il isə ali məktəblərə ayrılan qəbul planı 37956 yer təşkil edir. Bu, ötən illə müqayisədə 1419 yer və ya 3,88 faiz çoxdur.
Azərbaycanda 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq
2015-ci ildə həm IX, həm də XI siniflər üzrə buraxılış imtahanlarında 1 fənn artırılacaq.