Elbrus Orucov Müdafiə Nazirliyinin idarə rəisi təyin olunub

Azərbaycan Müdafiə Nazirliyində kadr təyinatı olub. APA-nın məlumatına görə, general-mayor Elbrus Orucov Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinə rəis təyin olunub. Elbrus Orucov bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrinin Özbəkistan və Gürcüstandakı hərbi attaşesi vəzifəsində xidmət edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 

Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin əvvəlki rəisi, general-mayor Eyvaz Cəfərov ötən ilin sonlarında Baş Qərargah rəisinin 1-ci müavini təyin olunub. 

 

Müəllif | Apa.Tv