Bakıda dəbdəbəli yaxtalar nümayiş olunur - SƏRGİ

Mayın 15-də Bakı Beynəlxalq Motor Şou sərgisinə start verilib. APA TV-nin xəbərinə görə, əsas məqsəd Azərbaycanda dənizçilik sənayesini və dəniz turizminin inkişafına töhfə verməkdir. Sərgi çərçivəsində seminar və test-drayvlar keçiriləcək. Dünyanın 14 ölkəsindən, o cümlədən Almaniya, Çin, Rusiya, Türkiyə, Polşadan 85 şirkətin iştirak etdiyi sərgidə 3 növ məhsul sərgiləni: minik avtomobilləri və motorlu nəqliyyat növləri, kommersiya nəqliyyatı və avtomobillər üçün ehtiyat hissələri və ləvazimatlar. Bakıda ilk dəfə olaraq 1-ci Xəzər Beynəlxalq Katerlər və Yaxtalar sərgisi də keçirilib. Sərgi Dövlət Dəniz Administrasiyası tərəfindən dəstəklənir. Tədbirdə 14 ölkədən 44 şirkət iştirak edir.

 

"2-3 nəfərlik ailə üçün nəzərdə tutulmuş bu yaxta gəzinti üçündür. Demək olar ki, bu yaxtada insanlar istədikləri kimi istirahət edə bilərlər. Gördüyünüz kimi, yemək bişirmək üçün yer də nəzərdə tutulub. Yeməyi bişirirsən, gördüyünüz bu yerdə isə qabları yumaq mümükündür. Yaxtanı idarə etmək üçün həm içəridə həm də çöldə sükanı var".

 

Bir çox özəlliyi olan bu motosikletin qiyməti isə nə az, nə çox, düz 65 min manatdır.

 

Texniki xidmət rəisi Əlisahib Cəfərov bildirir ki, bu motosikletdə bütün yeni texnologiyalar təqdim olunur.

Yaxtalar katerlər və onlar üçün ehtiyat hisələri ilə yanaşı, sərgidə həm də skuterlər, hava ilə doldurulan motorlu qayıqlar eləcədə bir sıra digər məhsullar təqdim olunur.

 

Həmçinin, sərgidə yolsuzluq avtomobilləri də nümayiş etdirilir.

Qeyd edək ki, hər iki sərgi mayın 17-ə qədər davam edəcək.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova