ANS və İTV-nin sabiq əməkdaşına 7 il həbs cəzası

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Azər İsrafilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Prosesdə hökm oxunub. Hökmə əsasən, A, İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

 

Qeyd edək ki, A. İsrafilov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə tiham edilib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

 

A. İsrafilov ANS və İTV telekanallarında çalışıb. 

Müəllif | Apa.Tv
Apa.tv