Abdulla Gül Somaya gedib

Türkiyə prezidenti Abdulla Gül Manisa vilayətinə gedib. O, Soma rayonunda baş verən mədən qəzasının yaralılarının yerləşdiyi Akhisar Dövlət Xəstəxanasına baş çəkib. Xəstəxanaya TBMM başçısı Cəmil Çiçəklə gələn Abdulla Gül xəstələrlə bir-bir görüşüb. Vətəndaşlar qarşısında çıxış edən Türkiyə prezidenti qəzada ölənlər üçün rəhmət diləyib. Mədəndə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 282 nəfərə çatıb. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib. Onun son açıqlamalarına görə, "yanğın artıq nəzarət altına alınıb. Xilasetmə qrupu 120 mədənçinin olduğu ehtimal edilən əraziyə yaxınlaşıb". İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri davam etdirilir. Müxtəlif şəxslərdən və qurumlardan zərərçəkənlərə dəstək kompaniyaları keçirilir. Galatasaray futbol klubu zərərçəkənlərin ailələrinə vermək üçün maddi yardım toplayıblar.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı