Lənkəranda ailə faciəsi: ata və 19 yaşlı oğlu öldü

Lənkəranda ata və oğul göldə boğulub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə mayın 15-də saat 15.00 radələrində rayonun Bəlləbur kəndi ərazisində qeydə alınıb. Kənd sakinləri - 47 yaşlı Hacıəli Vəli oğlu Əliyev və onun 19 yaşlı oğlu Elməddin Hacıəli oğlu Əliyev göldə özlərinə məxsus qoyun-quzunu çimizdirərkən boğulublar. Şahidlərin sözlərinə görə, əvvəl Elməddin suda batıb. Oğlunun köməyinə çatmaq istəyən ata da boğulub. Hər iki şəxsin meyiti yerli sakinlərin köməkliyi ilə sudan çıxarılıb.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanıb.

 

Müəllif | Apa.Tv