Türkiyədə mədən qəzasında ölənlərin sayı 284 nəfərə çatıb

Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki mədən faciəsi nəticəsində ölənlərin sayı artmaqda davam edir. APA TV-nin məlumatına görə, kömür mədənindəki partlayış və yanğının qurbanlarının sayı 284-ə çatıb. Bu rəqəmi Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız açıqlayıb. Onun sözlərinə görə, axtarış-xilasetmə işlərini üç qrup aparır. Nazir mədəndə nə qədər adamın qaldığı ilə bağlı sualı cavablandırmayıb. Onun sözlərinə görə, axtarış-xilasetmə işlərinin nə vaxt başa çatacağı məlum deyil:

Taner Yıldız bəyan edib ki, mədən faciəsində günahı olanların hamısı cəzalarını alacaqlar:

Artıq çıxarılan meyitlər mədənçilərin ailələrinə təhvil verilib və onların əksəriyyəti dəfn edilib. Türkiyənin müxtəlif bölgələrində keçirilən dəfn mərasimlərində ürəkağrıdan mənzərə yaşanıb.

Türkiyənin müxalif Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı mədən faciəsi qurbanlarının bəzilərinin dəfn edildiyi Soma məzarlığını ziyarət edib. O, dünyasını dəyişən mədənçilərin ailələrinə başsağlığı verib, dua oxuyub.
 

Müəllif | Apa.Tv