Suriya-Türkiyə sərhədində terror aktı: 29 ölü, onlarla yaralı

Suriyanın Türkiyə ilə sərhədində terror aktı baş verib. Əs-Səlam yaşayış məntəqəsi yaxınlığında partlayıcı quraşdırılmış avtomobilin partladılması nəticəsində azı 29 nəfər ölüb, onlarla adam yaralanıb. Ölənlərdən beşi qadın, üçü uşaqdır.

Bu, Suriyanın Türkiyə ilə sərhədində baş verən ilk belə terror aktı deyil. Fevralda törədilən terror aktı nəticəsində 6 nəfər ölüb, 45 adam yaralanıb.

Əs-Səlam yaşayış məntəqəsi Suriya müxalifətinin nəzarətindədir. 2014-cü ilin yanvarından müxalif qüvvələr "İraq və Şam İslam dövləti" adlanan qruplaşmaya qarşı fəal mübarizə aparır.

Suriyada 2011-ci ilin martından qarşıdurmalar ara vermir. Bəzi məlumatlara görə, ötən müddət ərzində 150 mindən çox adam toqquşmaların qurbanı olub.

Müəllif | Apa.Tv
Apa.tv