Biləsuvarda iki “Jiquli” toqquşdu

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, qəza şəhərin Nizami küçəsində qeydə alınıb. Biləsuvar rayon sakini Şahin Usubovun idarə etdiyi “VAZ-21015” markalı minik avtomobili hərəkətdə olarkən qarşıdan gələn və Biləsuvar rayon sakini Səmədağa İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, güclü zərbədən hər iki nəqliyyat vasitəsi yararsız hala düşüb.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.
 

Müəllif | Apa.Tv